Aftandil İsrafilov palataya köçürüldübackend

Dekabrın 2-si axşam saatlarında xəstəxanaya yerləşdirilən tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun vəziyyəti yaxşılığa doğru irəliləyir.

Bu barədə Xalq artistinin həyat yoldaşı Zemfira İsrafilova məlumat verib.

Onun sözlərinə görə, ifaçı artıq palataya yerləşdirilib:

“Bir neçə gün reanimasiyada qaldıqdan sonra vəziyyəti yaxşılaşıb. Palataya yerləşdirilib”.

Z.İsrafilova qeyd edib ki, həkimlər analizlərin nəticələri ilə bağlı açıqlama verməyə qoymurlar:

“Diaqnozla bağlı açıqlama verə bilmirik. Səhhəti getdikcə yaxşılığa doğru irəliləyir. Hər şey yaxşı olacaq. Buna inanıram”.