Ağ Ev ABŞ-ın vitse-prezidentinin kobud danışmasını onun “ehtiras”ı kimi izah edibbackend

Ağ Evin sözçüsü Karine Jean-Pierre, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin ictimai ədəbsiz sözlərdən istifadə etməsini “inanılmaz ehtiras”la əlaqələndirdi. Bu barədə RİA Novosti məlumat yayıb.

Harris gənc asiyalı amerikalıların konfransında ədəbsiz formada çıxış edərək tədbir iştirakçılarına yollarında duran hipotetik qapıları döyməyi tövsiyə edib.

Dövlətin ikinci şəxsinə haqq qazandıran Jean-Pierre, Harrisin nə üçün mübarizə apardığına dair “inanılmaz dərəcədə ehtiraslı” olduğunu vurğuladı.

Mənbə: RİA Novosti