Ağ Ev: Bayden bazar ertəsi “bank böhranı” ilə bağlı bəyanat verəcəkbackend

RİA Novosti Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden bazar ertəsi bəyanatla çıxış edəcək və “bank böhranı” ilə bağlı sualları cavablandıracaq.

“Sabah səhər mən tarixi iqtisadi bərpanı qorumaq üçün bank sistemini necə güclü saxlayacağımıza dair çıxış edəcəyəm” deyə Bayden bildirib.

NYT qeyd edir ki, irəlidə Silikon Vadisi Bankının üzləşdiyi problemlər bu sektorun bəzi hissələrinə yayıla bilər.

Bununla bağlı ABŞ Maliyyə Nazirliyinin rəhbəri Canet Yellen investorları Amerika bank sisteminin sabitliyinə açıq şəkildə əmin edib.

Mənbə: RİA Novosti

İctimai.az