Ağ Ev Baydenin seçkidən çəkilmək barədə fikirləri ilə bağlı xəbərlərə cavab veribbackend

ABŞ prezidenti Co Baydenin seçki yarışından geri çəkilməyi düşündüyü barədə məlumat yalandır. Bu barədə Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts X sosial şəbəkəsində bildirib.

“Bəyanat tamamilə yalandır. “New York Times” bizə şərh vermək üçün 7 dəqiqədən çox vaxt versəydi, biz bunu onlara deyərdik”, – o yazıb.

İyulun 3-də səhər saatlarında Reuters mənbələrə istinadən yazıb ki, Demokratlar Partiyasının nümayəndələri olan konqresmenlər Co Baydendən prezidentlik yarışını tərk etməyi xahiş etmək niyyətindədirlər.

Mənbə: New York Times