ABŞ prezidenti Donald Tramp Moskva vaxtı ilə saat 23:00-da açıqlama verəcək, dövlət başçısının bəyanatının mövzusu qeyd edilmir.
Bu barədə “Roll Call” portalı məlumat yayıb.
Sentyabrın 5-də Tramp yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə danışmağa hazırlaşacağını bildirib.
Bir gün əvvəl ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff “istəklilər koalisiyasının” görüşü zamanı Trampın Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə üçtərəfli görüşdə iştirak etməyə hazır olduğunu bildirib.