“Politico” mənbələrə istinadən xəbər verir ki, Ağ Ev qanunvericilərdən ABŞ-ın 2026-cı il futbol üzrə dünya çempionatı və 2028-ci il Olimpiya oyunlarına ev sahibliyi etməzdən əvvəl daxili hava məkanında dronları məhv etmək üçün administrasiyaya daha çox səlahiyyət verilməsini tələb edir.
Nəşr qeyd edir ki, bu layihə Kapitolidə, o cümlədən senator Ted Kruzun rəhbərlik etdiyi Ticarət Komitəsinin müqaviməti ilə üzləşir. Onlar bu təklifin federal qanunların sui-istifadəsinə səbəb ola biləcəyindən ehtiyat edirlər.
Ağ Ev layihəsi federal qurumlara, o cümlədən Daxili Təhlükəsizlik və Ədliyyə Departamentlərinə “geniş miqyaslı ictimai tədbirlərdə, kritik infrastruktur və ya islah müəssisələrində” dronlarla mübarizə aparmaq üçün yeni səlahiyyətlər verilməsini təklif edir.














