Ağ Ev Maskın açıqlamalarından sonra SpaceX texnologiyalarından imtina ilə bağlı suala cavab veribbackend

Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi şirkətin rəhbəri İlon Maskın “antisemit” bəyanatlarından sonra SpaceX texnologiyalarından istifadədən mümkün imtina ilə bağlı sualı cavablandırıb. Bu barədə RİA Novosti məlumat yayıb.

Kirbi bildirib ki, Maskın qəbuledilməz bəyanatlarına baxmayaraq, Amerika administrasiyasının SpaceX texnologiyalarının istifadəsindən imtina etmək planı yoxdur. O, özəl biznesin təklif etdiyi yeniliklərdən imtina etməyin ağılsızlıq olduğunu vurğulayıb.

Daha əvvəl Musk yəhudi icmalarının ağdərililərə qarşı nifrət yaydığını iddia edən nəşri təsdiqləmişdi. Mask bu mövqeyinə görə tənqid edilib. Ağ Evin sözçüsü Endryu Beyts onu antisemitizmi təbliğ etməkdə ittiham edib.

Mənbə: RİA Novosti