Ağ Ev Pentaqonun rəhbərinin xəstəxanaya yerləşdirilməsinə münasibət bildiribbackend

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Pentaqonun rəhbəri Lloyd Ostinin sağlamlıq vəziyyəti ABŞ-ın milli maraqlarının qorunmasına təhlükə yaratmır. Bu barədə TASS məlumat yayıb.

Kirbinin sözlərinə görə, ABŞ hərbçilərinin ölkənin milli maraqlarını qorumaq imkanları pozulmayıb. Rəsmi vurğulayıb ki, ABŞ Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident Co Bayden bütün dünyada orduya nəzarəti və komandanlığı həyata keçirməkdən bir an belə dayanmayıb. Kirbi qeyd edib ki, müdafiə nazirinin xəstəxanaya yerləşdirilməsi zamanı ABŞ hərbçiləri döyüş əməliyyatları ilə məşğul olub.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostinə prostat xərçəngi diaqnozu qoyulduğu bildirilmişdi. Müalicə tələb edən xərçəngi müəyyən etdikdən sonra Ostin dekabrın 22-də “minimal invaziv” əməliyyat keçirdi.

Mənbə: TASS