ABŞ-da hüquq-mühafizə orqanları qeyri-qanuni immiqrasiya ilə mübarizə üzrə genişmiqyaslı əməliyyat zamanı 538 əcnəbi vətəndaşı saxlayıb.
Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt X platformasındakı hesabında yazıb.
“Tramp administrasiyası terrorçuluqda şübhəli bilinən biri də daxil olmaqla 538 qeyri-qanuni immiqrantı saxlayıb”, – nəşr yazır.
Mətndə Venesuelanın “Tren de Aragua” cinayət təşkilatının 4 üzvünün də həbsdə olduğu göstərilir. Bundan əlavə, polis uşaqlara qarşı cinsi cinayətlər törətməkdə ittiham olunan bir neçə miqrantı yaxalayıb.