ABŞ prezidenti Donald Trampın dünya liderləri ilə əla münasibətləri var.
Bu barədə “Politico” Ağ Evin mətbuat katibinin müavini Anna Kelliyə istinadən yazır.
“Prezident Trampın xarici liderlərlə əla münasibətləri var, ona görə də o, ikitərəfli səfərlərdə öz sələflərini xeyli geridə qoyub”, – Kelli bildirib.
O əlavə edib ki, cəmi altı ay ərzində Amerika prezidenti xarici liderlərlə 23 görüş keçirib.