ABŞ prezident administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Dövlət Departamentinin xarici yardımla bağlı müqavilələrinin 90%-dən çoxunu ləğv etmək niyyətindədir.
Bu barədə Associated Press (AP) məlumat yayıb.
Memorandumda Ağ Ev rəhbərinin göstərişi ilə USAİD-ə ayrılan bütün maliyyə vəsaitlərinin nəzərdən keçirilməsinin nəticələri öz əksini tapıb. ABŞ təxminən 60 milyard dollarlıq xarici yardımı kəsməyi planlaşdırır. Agentlik qeyd edir ki, ABŞ səlahiyyətliləri çərşənbə günü təqdim olunan memorandumda və məhkəmə sənədlərində niyyətlərini təfərrüatlı şəkildə izah ediblər.
O da vurğulanır ki, bu qərar ABŞ məhkəməsinin fevralın 26-nın sonuna qədər xaricə yardımın maliyyələşdirilməsinə qoyulan qadağanın müvəqqəti olaraq ləğv edilməsinə dair qərarından sonra verilib.