Ağcabədidə qadının boğazı kəsildibackend

Ağcabədidə qadın boğazı kəsilərək öldürülüb.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Afət Əsgərovanın meyiti evində aşkarlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən qadının oğlu, 2008-ci il təvəllüdlü Kamil Bağırov və qadının kürəkəni, 1995-ci il təvəllüdlü Loğman Nəsibov tutulublar.

Faktla bağlı cinayət işi başlanılıb.