Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıbbackend

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində “KamAZ” markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələri yanıb.

 

Qoşqu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.