Ağdamda partlayış nəticəsində bir hərbi qulluqçumuz həlak oldu – RƏSMİ + VİDEObackend

Fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.

Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və  Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.