Ağdərədə betonqarışdıran maşın dərəyə aşdı, sürücü öldübackend

Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə səhər saatlarında rayonun Çıldıran kəndində qeydə alınıb.

Bərdə rayon sakini, 1968-ci il təvəllüdlü Hafiz Qocamanov sükanı arxasında olduğu “HOWO” markalı betonqarışdıran avtomobilin idarəetməsini itirib. Nəticədə avtomobil dərəyə aşıb və sürücü hadisə yerinə ölüb.

Faktla bağlı araşdırma aparılır.