Bu gün Ağdərə rayonunda minaya düşən Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Natiq Namiq oğlu Əliyevin vəziyyəti məlum olub.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib:
“16 noyabr saat 13:20-də Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbi ilə xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır”.














