Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində yeni təyinat olub.
Bununla bağlı Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.
Əmrə əsasən, Murad Əlibəy oğlu Fərzəliyev Sosial-məişət məsələlərinə dəstək şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər sözügedən şöbənin müdiri vəzifəsi vakant idi.













