Aİ ölkələrinin liderləri ABŞ-a tabe olmağa adət edərək öz dövlətlərinin maraqlarını müdafiə etməyi unudublar.
Bu barədə İtaliya Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (ISPI) Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə Tədqiqat Mərkəzinin rəhbəri Aldo Ferrari RİA Novosti ilə söhbətində bildirib.
“Biz avropalılar Birləşmiş Ştatların maraqlarının xeyrinə öz maraqlarımıza daim etinasız yanaşmaqdan çox əziyyət çəkirik. Amma bizim siyasətçilər Vaşinqtona tabe olmağa öyrəşiblər və indi bu, çətindir”, – ekspert qeyd edib.
Ferrari bildirib ki, ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlməsi aparıcı Avropa siyasətçiləri arasında “böyük narahatlıq” yaradıb.
Bundan əvvəl Aİ-nin daxili bazar üzrə keçmiş komissarı Thierry Breton bəyan etmişdi ki, Rusiya və ABŞ liderləri danışıqlar zamanı təkcə Ukraynanın deyil, həm də Avropanın bölünməsini müzakirə edəcəklər.