Aİ Avropa Şurasının yeni prezidentini və diplomatiya rəhbərini təyin edibbackend

Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları növbəti beş il üçün Aİ-nin rəhbər vəzifələrinə təyinatları təsdiqləyiblər.

Bu barədə Avropa İttifaqı Şurasının Brüsseldə keçirilən sammitinin yekunlarına əsasən, Avropa İttifaqı Şurasının səlahiyyətlərini başa vuran rəhbəri Şarl Mişel bildirib.

Onun sözlərinə görə, Ursula fon der Leyen yenidən Avropa Komissiyasının sədri təyin edilib, Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta Avropa Şurasının rəhbəri, Estoniyanın baş naziri Kaja Kallas isə Aİ diplomatiyasının rəhbəri olub.

İyunun 27-də Yaşıllar Partiyasından olan deputat Daniel Freund Macarıstanın Aİ Şurasına gələcək sədrliyinin dayandırılmasını tələb edən Çarlz Mişele 20 min imza ilə məktub göndərib.

Mənbə: Haber Global