Aİ-dəki ukraynalı qaçqınların sayı 4 milyonu ötübbackend

Avqustun 1-nə olan məlumata görə, Aİ ölkələrindəki ukraynalı qaçqınların sayı 4,34 milyon nəfərə çatıb.

Haber Global xəbər verir ki, bu barədə Avropa Komissiyasının statistika agentliyi – Eurostat məlumat yayıb.

İyulda Aİ ölkələrində Ukraynadan olan qaçqınların sayı 28,7 min nəfər və ya 0,7% artıb, qaçqınların əksəriyyəti Almaniyada – 1,2 milyon, Polşada – 993 min və Çexiyada – 380 min nəfərdir.

Bir gün əvvəl Polşanın daxili işlər və administrasiya nazirinin müavini Macej Duszczyk bildirmişdi ki, ukraynalı qaçqınların təxminən 10%-i ölkədə sosial müavinət almaq hüququnu itirmək riski daşıyır.