Aİ diplomatiyasının rəhbəri Rusiya Federasiyasına qarşı sanksiyaların uzadılmasını müdafiə edibbackend

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Rusiya Federasiyasına qarşı sanksiyaların uzadılmasının tərəfdarı olduğunu bildirib.

RİA “Novosti” xəbər verir ki, o, bu barədə Aİ xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclası başlamazdan əvvəl bildirib.

Estoniyanın keçmiş baş naziri Kallas sədrlik etdiyi iclasdan əvvəl deyib: “Mən sanksiyaların uzadılması ilə bağlı qərarın veriləcəyini gözləyirəm”.

Kallas həmçinin bildirib ki, o, ABŞ prezidenti Donald Trampın Rusiyanı Ukrayna ilə bağlı saziş bağlamağa təşviq etmək üçün ona təzyiq göstərməsindən məmnundur.