Avropa Şurasının rəhbəri Çarlz Mişel bildirib ki, Ukrayna və Moldova ilə onların Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlanması uzun bir prosesin yalnız başlanğıcıdır.
Eyni zamanda, o, bu hadisəni irəliyə doğru atılan mühüm addımın başlanğıcı adlandırıb. Mişelin sözlərinə görə, qarşıda duran yol daimi səy, fədakarlıq və böyük islahatlar tələb edəcək.
Avropa İttifaqı iyunun 25-də Ümumi İşlər Şurasının iclasında Ukrayna və Moldova ilə üzvlük danışıqlarına təntənəli şəkildə başlamağı planlaşdırır. 2022-ci ilin iyununda Avropa İttifaqı bu iki ölkəyə namizəd ölkə statusu verib.
Mənbə: A Haber