Aİ fevralda fövqəladə müdafiə sammiti keçirəcəkbackend

Avropa Şurasının sədri Antonio Kosta bildirib ki, NATO-nun baş katibi Mark Rutte və Böyük Britaniyanın baş naziri Keir Starmer fevralın 3-də Aİ-nin hərbi məsələlərlə bağlı fövqəladə sammitinə dəvət olunublar.

Bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, Avropa İttifaqının daha güclü və dayanıqlı olması, eləcə də investisiyaların artırılması üçün müdafiə məsələləri onun strateji prioriteti hesab edilməlidir. Buna görə də o, fevralda müdafiə ilə bağlı xüsusi sammit çağırmaq qərarına gəlib.

Kosta əlavə edib ki, görüşdə bütün Aİ ölkələri tərəfindən hərbi xərclərin artırılması və NATO çərçivəsində tərəfdaşlar arasında hərbi əlaqələr müzakirə olunacaq.