Aİ HƏMAS nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməyi düşünürbackend

Avropa İttifaqı oktyabrın 7-də İsrailə hücuma görə Fələstinin HƏMAS radikal hərəkatının nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməyi düşünür.

TASS bu barədə Aİ-nin yüksək səviyyəli nümayəndəsinə istinadən xəbər verir.

“Biz HƏMAS-a qarşı əlavə tədbirlərə açığıq” dedi.

Onun sözlərinə görə, bəzi şəxslərin sanksiya siyahısına salınmasından söhbət gedə bilər.

Mənbə: TASS