Avropa İttifaqı Hindistanla sərbəst ticarət sazişi bağlamaq istəyir. Clash Report-a görə, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen məlumat verib.
“Davosdan dərhal sonra Hindistana səfər edəcəyəm. Biz tarixi ticarət sazişinə yaxınlaşırıq; bəziləri bunu “bütün sazişlərin anası” adlandırır”, – deyə o bildirib.
Bu saziş 2 milyard insan və qlobal ÜDM-in dörddə biri üçün ortaq bazar yaradacaq.












