Financial Times (FT) adı açıqlanmayan rəsmilərə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) liderləri Cənubi Afrikada keçirilən G20 sammiti zamanı fövqəladə iclasda ABŞ-ın Ukraynaya dair sülh planını müzakirə etməyi planlaşdırır.
“Şənbə günü Yohannesburqa gələn Avropa liderlərinin fövqəladə toplantısı planlaşdırılır”, – məlumatda deyilir.
Ukraynalı deputat Oleksiy Honçarenko Donald Trampın sülh planının 28 bəndini dərc edib. Buraya NATO-dan imtina, yeni sərhədlər, bufer zona, Ukrayna Silahlı Qüvvələri üçün məhdudiyyətlər və dondurulmuş Rusiya aktivlərindən istifadə daxildir. “Financial Times”ın yazdığına görə, Ukrayna rəsmiləri sənədi tənqid edib və düzəlişlər olmadan onu qəbuledilməz hesab ediblər, baxmayaraq ki, Vaşinqton Ukrayna prezidenti Vladimir Zelenskinin noyabrın 27-dək onu imzalamasını gözləyir.














