Aİ Macarıstanın vetosundan yan keçmək üçün Ukraynaya Hərbi Yardım Fondu yaratmaq istəyirbackend

Avropa İttifaqı Macarıstanın vetosundan yayınmaq üçün Ukraynaya 20-40 milyard avro dəyərində könüllü hərbi yardım fondu yaratmağı təklif edib.

Bu barədə Euractiv nəşri əldə etdiyi sənədə istinadən məlumat yayıb.

Fevral ayında Aİ-nin diplomatik qanadı Ukraynaya 1,5 milyon patron göndərmək üçün birlik səviyyəsində sxem təklif etmişdi. Mətndə onların çatdırılması üçün tələb olunan vəsaitin miqdarı ilə bağlı heç bir rəqəm göstərilməyib.

Nəşr yazır ki, Macarıstanın Aİ kanalları vasitəsilə Kiyevə yardımda iştirakdan davamlı imtina etməsini nəzərə alaraq, təklifə “iştirakçı üzv dövlətləri” daxil etmək üçün yenidən baxılıb.