“Politico” sənədə və planlarla tanış olan iki məmura istinadən yazır ki, Avropa İttifaqı büdcənin azaldılması fonunda ölkələrdə xarici nümayəndə heyətlərinin sayını azaltmaq istəyir.
Qeyd olunur ki, avropalı diplomatlar on xarici nümayəndə heyətini və 100 yerli işçini ixtisar etmək niyyətindədirlər.
Qəzetin həmsöhbətlərindən birinin paylaşdığı kimi, ixtisarlar Aİ-nin artıq maraqlanmadığı ölkələrə, məsələn, Belarus və Lesotoya təsir edəcək.