Avropa İttifaqı (Aİ) ölkələri 2027-ci ilin sonuna kimi Rusiya qazının idxalını qadağan edən tədbirlər təklif etmək niyyətindədir.
Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, bu tədbirlər iyun ayında təklif olunacaq. Təşəbbüs çərçivəsində Aİ həm boru kəmərləri, həm də LNG şəklində qaz idxalını qadağan etmək istəyir. Qadağanın özü 2027-ci ilin sonuna kimi qüvvəyə minəcək, material müəllifləri aydınlaşdırıblar.
Məqalədə deyilir: “Bu cədvəl blokun ABŞ, Qətər, Kanada və Afrikadan alternativ LNG tədarükünü almaq qabiliyyətindən asılıdır”.