Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ilin iyuluna qədər Rusiya Federasiyasına qarşı 14-cü sanksiyalar paketini razılaşdırmalıdırlar. Bu barədə EUobserver məlumat yayıb.
Portalın məlumatına görə, Aİ növbəti sanksiyalar paketində Rusiyaya qadağan olunmuş məhsulların tədarükündə şübhəli bilinən firmalar siyahısına daha 52 şirkəti əlavə edəcək.
Mayın 7-də bildirildi ki, Aİ ölkələri Rusiyanın 14-cü sanksiyalar paketi çərçivəsində istifadə etdiyi 11 gəmiyə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyi planlaşdırır.
Mənbə: A Haber