Aİ-nin Ukraynaya 50 milyard avroluq yardımla bağlı yeni sammitinin tarixi açıqlanıb

Fevralın 1-də Ukraynaya 50 milyard avroluq yardımın ayrılması məqsədi ilə 2027-ci ilə qədər Aİ-nin çoxillik büdcəsinin razılaşdırılması və tənzimlənməsi üçün Avropa İttifaqının (Aİ) fövqəladə sammiti keçiriləcək.

TASS xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

“Fevralın 1-də Avropa İttifaqının çoxillik büdcə ilə bağlı fövqəladə sammiti keçiriləcək. Ukraynaya yardımı təsdiqləmək üçün bir az daha vaxt lazımdır. Bu, Macarıstanı razı salmaq üçün lazımdır”.

Vəziyyət AB liderlərinin Ukraynaya 2027-ci ilə qədər 50 milyard avroluq yardım proqramını formalaşdırmaq üçün çoxillik büdcəni və Aİ ölkələrinin əlavə töhfələrini müzakirə edə bilməməsi ilə çətinləşdi.

Oxşar xəbərlər