Aİ oktyabrda Rusiyadan qaz idxalını artırıbbackend

Bu ilin oktyabrında Ukrayna ərazisindən tranzitlə Avropa İttifaqı ölkələrinə və Moldovaya Rusiya qazının tədarükü texniki cəhətdən mümkün olan maksimuma yaxın səviyyəyə yüksəlib. Bu barədə “Vedomosti” qəzeti “Qazprom”un məlumatlarına istinadən məlumat yayıb.

Qeyd olunur ki, ötən ay Ukraynanın qaz nəqli sistemi (QTS) vasitəsilə Rusiya Federasiyasına qaz nəqlinin orta sutkalıq həcmi 42,3 milyon kubmetr təşkil edib.

“Qazprom”un hesabatına görə, oktyabrda bu marşrutla Aİ və Moldovaya ümumilikdə 1,31 milyard kubmetr qaz tədarük edilib.

Bundan əvvəl “Kommersant” qəzeti Rusiyanın oktyabrda 3,06 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) ixrac etdiyini yazmışdı. Bu, 2024-cü ildə maksimum tədarük həcmidir.