Aİ ölkələri ABŞ olmadan Ukraynaya dəstək imkanlarını müzakirə edəcəklərbackend

Aİ-yə üzv ölkələrin liderlərinin dekabrın 19-da keçiriləcək sammitində əsas mövzulardan biri ABŞ Kiyevə yardımdan imtina edərsə, Ukraynaya dəstək olacaq.

Bu barədə TASS Aİ-nin yüksək vəzifəli nümayəndəsinə istinadən yazır.

“Liderlər yeni ABŞ administrasiyasının Ukrayna ilə bağlı nə edəcəyini təxmin etmək istəyirlər. Aydındır ki, 27 ölkə formatında müzakirələrdən biri Ukraynanı müstəqil şəkildə dəstəkləmək lazım gələrsə, nə edə biləcəyimizlə bağlı olacaq”, – deyə avropalı rəsmi izah edib.

Dekabrın 16-da Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Avropa İttifaqı 2025-ci ilin yanvarından etibarən Ukraynaya ayda 1,5 milyard avro yardım edəcək. Bundan əlavə, avropalılar ayın sonuna kimi 75 min ukraynalı əsgərə təlim keçməyi planlaşdırır.