Aİ ölkələri yeni sanksiyalar olmadan Rusiyanın LNG tədarükünü əngəlləyə biləcəkbackend

Avropa İttifaqı (Aİ) üzv ölkələrə yeni sanksiyalar tətbiq etmədən Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə qadağa qoymaq imkanı vermək üçün həll yolu tapmağa çalışır.

Bu barədə Bloomberg agentliyi martın 28-də Aİ-nin enerji nazirlərinin görüşündə təqdim olunacaq sənədə istinadən xəbər verir.

Nəşr qeyd edib ki, nazirlər onlara Rusiya ixracatçılarına LNG tədarükü üçün zəruri olan Avropa ölkələrinin infrastruktur imkanlarını əvvəlcədən ehtiyatda saxlamağı müvəqqəti qadağan etmək hüququ verəcək təşəbbüsü təsdiqləməyə hazırdırlar.

Agentliyin məlumatına görə, təklif Avropa Parlamenti tərəfindən bəyəniləcəyi təqdirdə işə yarayacaq. Təklifin sponsorları Finlandiya, Estoniya, Latviya, Litva və Polşadır.

İctimai.az