Aİ ölkəsi DeepSeek-dən istifadəçi məlumatlarından necə istifadə etdiyinə dair məlumat verməsini tələb edirbackend

İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) Çinin DeepSeek şirkətindən süni intellekt (AI) chatbotunun istifadəçi məlumatlarından necə istifadə etdiyinə dair hesabat təqdim etməyi xahiş edib.

TASS bu barədə İrlandiya tənzimləyicisinin müvafiq sorğusuna istinadən xəbər verir.

“Biz DeepSeek-ə İrlandiyada istifadəçi məlumatlarının emalı ilə bağlı məlumat istədik”, – komissiyanın açıqlamasında deyilir.

Agentlikdən sitat gətirdiyi hakim koalisiya partiyasından olan deputat Malkolm Börne görə, İrlandiyada saxlanılan məlumatların necə istifadə olunacağını tənzimləyən möhkəm təminatlar mövcuddur. O qeyd edib ki, əgər məlumatlar Çində saxlanılırsa, belə mexanizmlər yoxdur.

“Çin Kommunist Partiyası bu məlumatlara çıxış əldə etmək üçün milli təhlükəsizlik qanunundan istifadə edə bilər. DeepSeek-in məxfilik siyasəti məhsul istifadəçilərinin hər hansı şəxsi məlumatının Çində yerləşən serverlərdə saxlanıla biləcəyini şərtləndirir”, – Börne bildirib.