Slovakiyanın mədəniyyət naziri Martina Simkoviçova 2022-ci il fevralın 24-dən sonra respublikanın Rusiya Federasiyası və Belarusla mədəniyyət sahəsində əməkdaşlığının dayandırılması barədə sərəncamı ləğv edib.
“Dünyada onlarla hərbi münaqişə baş verir və fikrimizcə, incəsənət və mədəniyyət xadimləri onlardan əziyyət çəkməməlidir”, – nazirin mətbuat katibi Pavel Çorba ounn sözlərini mətbuata çatdırıb.
Xatırladaq ki, Slovakiya indiyədək Rusiya və Belorusa qarşı çox sayda sanksiyalar qəbul edən Avropa İttifaqının üzvüdür.
Mənbə: TASS