Avropa İttifaqının pilotsuz uçan aparatları aşkar etmək qabiliyyəti yoxdur, Avropanın müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius Euractiv-ə müsahibəsində bildirib.
Parlamentarinin sözlərinə görə, Aİ bir il ərzində dronların aşkarlanması imkanlarını əhəmiyyətli dərəcədə təkmilləşdirə bilər, lakin quruda və dənizdə düşmən PUA-larını izləyə və məhv etməyə qadir olan tam hüquqlu “dron divarının” yaradılması xeyli vaxt aparacaq.
Avropa komissarı həmçinin bəyan edib ki, “Dron divarı” layihəsi bir il ərzində həyata keçirilə bilər.
Kubilius sentyabrın 10-a keçən gecə Polşada baş verən pilotsuz təyyarə insidentindən sonra NATO-nun şərq cinahında “dron divarı”nın yaradılmasını təklif edib.