Avropa Komissiyası Amerikanın “Qazprombank”a qarşı sanksiyalarının Aİ ölkələrinin enerji təchizatının təhlükəsizliyinə təsirini görmür.
RİA Novosti xəbər verir ki, bu barədə jurnalistlərə AK nümayəndəsi bildirib.
“Qazprombank”a qarşı sanksiyalara gəlincə, biz hələ ki, Aİ-nin enerji təchizatının təhlükəsizliyinə bizim cavabımızı tələb edəcək hər hansı mənfi təsir görmürük”, o, Brüsseldə keçirdiyi brifinqdə deyib.
Noyabrın 21-də Birləşmiş Ştatlar Rusiya Federasiyasına qarşı sanksiyalar siyahısını genişləndirərək Qazprombank, BKS-Bank, Centrocredit Bank, Iturup Bank, Bratsk Xalq Bankı, Kremlevsky Bank, DOM.RF və Müstəqil İxtisaslaşdırılmış Depozitar ASC-ni də daxil etdi.