Aİ Rusiya qazının idxalından həmişəlik imtina etmək istəyirbackend

Avropa İttifaqına (Aİ) üzv dövlətlər, eləcə də Avropa Parlamentinin üzvləri Rusiya qazının alınmasına qadağa qoyulması təklifini müzakirə edirlər.

Bu barədə enerji məsələləri üzrə Avropa komissarı Den Yorgensen keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, region ictimaiyyəti təcili olaraq Rusiya Federasiyasından enerji asılılığından xilas olmaq üçün həll yolu tapmalıdır.

“Rusiya qazının idxalına qadağa qoyulması ilə bağlı aylar əvvəl irəli sürdüyüm təklif Avropa Parlamentində və üzv dövlətlər tərəfindən müzakirə olunur”, – Yorgensen vurğulayıb.

O əlavə edib ki, Aİ-yə üzv ölkələr Rusiya Federasiyasından qaz almaqdan həmişəlik imtina etməlidirlər. Komissarın sözlərinə görə, sanksiyalar Ukrayna üzrə sülh sazişi bağlanandan sonra da qüvvədə qalmalıdır.