Avropa Komissiyasında (AK) hazırda Rusiya, ABŞ və Ukrayna başçıları ilə mümkün üçtərəfli danışıqlara dair məlumat yoxdur.
Bu barədə AK nümayəndəsi Ariana Podesta bildirib.
“Dəqiq nə baş verəcəyi barədə danışmaq hələ tezdir. Əgər əlavə məlumat ortaya çıxsa, əlbəttə ki, biz bunu sizinlə bölüşməkdən məmnun olarıq”, – o vurğulayıb.
Departament nümayəndəsinin qeyd etdiyi kimi, Aİ Brüsselin görüşə dəvət edilməməsindən “məyus deyil”.