Aİ, satınalma qiymətindən və təyinat yerindən asılı olmayaraq, Rusiya xam nefti və neft məhsulları üçün anbarların verilməsini qadağan edib.
Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir.
Aİ Şurası vurğulayıb ki, məhdudiyyətlər neftin alış qiymətindən və ya bu məhsulların son təyinat yerindən asılı deyil. Şura həmçinin Rusiyada xam neft layihələrinin başa çatdırılması üçün mal, texnologiya və xidmətlərin təqdim edilməsinə qadağaları genişləndirib.
Bundan əvvəl Aİ 16-cı anti-Rusiya sanksiyalar paketini qəbul edib. Məhdudiyyətlər Rusiyanın “kölgə donanması” adlandırılan gəmilərin sahiblərinə və Rusiya hərbi-sənaye kompleksini dəstəkləyən və ya ondan faydalananlara şamil edilir. Yeni sanksiyalara həmçinin səkkiz rus media orqanının Avropada yayımının qadağan edilməsi də daxildir: EADaily/Eurasia Daily, Fondsk, Lenta, NewsFront, RuBaltic, SouthFront, Strateji Mədəniyyət Fondu və Krasnaya Zvezda.