Aİ Rusiyanın aktivlərinin nə qədər müddətə dondurulacağını açıqlayıbbackend

Avropa Şurasının rəhbəri Çarlz Mişel bildirib ki, Rusiya aktivləri onların hesabına Ukraynaya veriləcək kreditlərin ödənilməsi müddətinə dondurulacaq.

“Bəli, biz Rusiyaya güclü siqnal göndərmək niyyətindəyik. Biz lazım olduğu qədər Ukraynanı dəstəkləməyə hazırıq”.

Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Aİ ölkələrinin dondurulmuş Rusiya aktivlərinin yerləşdirilməsi nəticəsində əldə etdikləri gəlir iyul ayından etibarən Ukraynaya köçürülməyə başlayacaq. Həmçinin, fon der Leyen Berlində Ukraynanın bərpasına dair konfransda əlavə edib ki, Kiyev ölkənin infrastrukturunu bərpa etmək üçün əlavə vəsait alacaq.

Mənbə: RİA Novosti