Aİ Rusiyanın aktivlərinin Ukrayna üçün istifadəsi ilə bağlı qərarla bağlı razılığa gəlibbackend

Politico xəbər verir ki, Aİ səfirləri Ukraynaya “təzminat kreditləri” vermək üçün dondurulmuş Rusiya aktivlərindən istifadənin həlli ilə bağlı razılığa gəliblər.

“Aİ Ukraynanı maliyyələşdirmək üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə ilə bağlı razılaşmanı yekunlaşdırır. Belçika Avropa Komissiyasına Ukraynaya 140 milyard avro kredit verilməsi üçün hüquqi təklif irəli sürmək hüququ verəcək”, – qəzet yazır.

Bu məbləğin Ukraynanın yaxın 2-3 il ərzində hərbi ehtiyacları üçün Aİ tərəfindən Rusiyanın dövlət aktivlərindən istifadə etməklə Kiyevə köçürülə biləcəyi vurğulanır.

Bu arada Almaniyanın “Frankfurter Rundschau” qəzeti Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulmasının Avropa ölkələrinin sakinlərinin həyatına mənfi təsir edəcəyini yazıb.

Jurnalistlər qeyd edirlər ki, Kiyevin Aİ-yə borcunu qaytarması o halda mümkündür ki, Moskva qondarma “reparasiya” ödəsin, bu, faktiki olaraq mümkün deyil və kreditlər üzrə defolt təhlükəsi yaradır. Odur ki, Aİ-yə üzv dövlətlər özləri vətəndaşlarından vergi almaqla bu borcları ödəməli olacaqlar.