Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Ukraynaya kredit vermək üçün alternativ plan hazırlayır.
Bu barədə üç rəsmi şəxsə istinadən Financial Times (FT) qəzeti yazıb.
Nəşrin məlumatına görə, kreditin məbləği 20 milyard avrodan 40 milyard avroya qədər ola bilər – yekun məbləği Avropa Komissiyası Aİ ölkələri ilə məsləhətləşmələrdən sonra müəyyən edəcək.
Nəşr qeyd edir ki, Aİ Macarıstanın Vaşinqtonun tələb etdiyi zəmanətlərin verilməsinə mümkün veto qoymasından narahatdır. Nəticədə, yekdilliklə təsdiqlənməkdənsə, ölkələrin əksəriyyətinin dəstəyini tələb edəcək yeni plan hazırlanır.














