Aİ silah istehsalını iqtisadiyyatının prioritetlərindən birinə çevirmək niyyətindədir

Avropa Komissiyası Aİ iqtisadiyyatının sürətləndirilmiş hərbiləşdirilməsinə dair sənədlər paketi hazırlayır ki, bu da yaxın gələcəkdə yaşıl enerji ilə yanaşı, sursat və silah istehsalını Aİ iqtisadiyyatının inkişafı üçün prioritet istiqamətlərdən birinə çevirəcək.

Bu barədə TASS Brüsseldəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, eyni sənədlər paketi çərçivəsində Avropa Komissiyası artilleriya sursatlarının və raketlərin istehsalının genişləndirilməsi təşəbbüsü ilə çıxış edəcək və bu təşəbbüsə Aİ institutları və icma ölkələri 1,5 milyard avro sərmayə qoyacaqlar.

Agentliyin həmsöhbəti vurğulayır ki, AK Aİ dövlətləri ilə hərbi sənayenin, ilk növbədə, sursat istehsalının prioritet maliyyələşdirilməsi təşəbbüsünü razılaşdırır.

Oxşar xəbərlər