Aİ Suriyanın bank sektoruna qarşı sanksiyaları yüngülləşdirə bilərbackend

Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları yumşaltmağı düşünür.

TASS bu barədə Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, sanksiyaların yumşaldılması bank və investisiya sektorunda baş verə bilər.

Bir gün əvvəl Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Aİ ölkələrinin xarici işlər nazirlərinin Suriyaya qarşı sanksiyaların yumşaldılması prosesinə başlamaq qərarına gəldiyini açıqlamışdı. Kallas qeyd edib ki, bu istiqamətdə iş operativ şəkildə aparılacaq, lakin Brüssel Dəməşqin hərəkətlərini bəyənməsə, məhdudiyyətlər yenidən tətbiq oluna bilər.