Aİ Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişməyə ümid edirbackend

Avropalı diplomatlar ümid edirlər ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın mövqeyi “hələ də təsir edə bilər”.

Bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.

“Avropalı diplomatlar Trampa hələ də təsir edə biləcəyinə inanırlar. Aİ liderləri Tramp və onun komandası ilə söhbətlərində öz arqumentlərini dəqiqləşdiriblər”, – nəşr yazıb.

Qəzet xatırladır ki, Fransa prezidenti Emmanuel Makron dekabrın əvvəlində Parisdə Ukrayna lideri Vladimir Zelenski və Donald Trampla görüşərkən sonuncunu Ukraynanı “danışıqlar üçün daha əlverişli mövqeyə” qoymağa çağırıb.