Aİ Ukrayna ilə bağlı bəyanatlara yalan danışmaqda ittiham olunurbackend

Aİ ölkələri Rusiyaya təhdidlərində bəyan etdikləri həcmdə Ukraynaya hərbi yardım edə bilməzlər.

Bunu CNN telekanalına müsahibəsində Braziliya prezidentinin köməkçisi və ölkənin Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Selso Amorim deyib.

Onun sözlərinə görə, Aİ liderləri Ukraynaya qeyri-məhdud dəstək verəcəkləri təəssüratı yaradırlar, lakin bu, çətin ki, doğru olsun.

Amorim Ukrayna ilə bağlı dərhal ideal razılığa gəlməyin mümkün olmadığına diqqət çəkib və ilkin və minimal kompromis əldə etmək üçün danışıqlara başlanılmasına çağırıb.