Aİ Ukrayna limanları yaxınlığında yaranmış vəziyyətə görə təhdid elan edib

Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, taxıl sazişinin ləğvindən sonra Ukrayna limanları ətrafında yaranmış vəziyyət Qara dənizdə bütün naviqasiyanı təhdid edir. Bu barədə RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya Ukraynanın dəniz limanlarını atəşə tutur və bununla da Qara dənizdə sərbəst naviqasiyanın qarşısını alır və bu, akvatoriyaya gedən bütün gəmiləri təhlükə altına qoyur.

Bundan əvvəl məlum olub ki, Türkiyə Rusiya, BMT və Ukrayna ilə ərzaq sazişinin bərpası mümkünlüyü ilə bağlı danışıqları davam etdirir.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər