“The Guardian” yazır ki, Avropa İttifaqı (Aİ) Çexiyanın keçmiş baş naziri Andrey Babişin partiyası “Narazı vətəndaşların aksiyası”nın mümkün qələbəsindən qorxur, çünki bu, Ukraynanın vəziyyətini pisləşdirəcək.
“Səsvermə Brüsseldə yaxından izləniləcək, o, Mərkəzi Avropada Macarıstan və Slovakiya ilə yanaşı üçüncü anti-Avropa ajitatorunun meydana çıxması ehtimalını həyəcanla nəzərdən keçirir və bu, blokun Ukraynaya dəstəyinə təsir göstərə bilər”, – məqalədə deyilir.
Oktyabrın 3-4-də Çexiyada parlament seçkiləri keçiriləcək və bu seçkilərin nəticələri ölkənin Ukraynayönlü mövqeyini dəyişə bilər. Aparıcı namizəd Babiş Ukraynaya yardımı kəsmək və Avropayönlü kursdan uzaqlaşmaq niyyətindədir.